Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır. Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
Manset.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Şamaxı" "Sabah"ı qəbul edəcək.
Tura və ilə isə “Qarabağ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 16:30-da başlayacaq.
Turnir cədvəlində "Qarabağ" 44 xalla 1-ci, "Araz-Naxçıvan" 39 xalla 2-cidir. "Qarabağ" artıq qış çempionu olacağını dəqiqləşdirib.
Misli Premyer Liqası, 18-ci tur 22 dekabr 14:00.“Şamaxı” – “Sabah” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev VAR: Rəşad Əhmədov AVAR: Vüsal Məmmədov Şamaxı şəhər stadionu 16:30.“Qarabağ” – “Araz-Naxçıvan” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov VAR: Rauf Cabarov AVAR: Akif Əmirəli Tofiq Bəhramov adına Respublika Stadionu Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.