Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Araz-Naxçıvan” Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında “Zirə”ni 1:0 hesabı ilə məğlub edib.
İdmanxeber.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: – Maraqlı oyun alındı.
Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bilirdik ki, bizi çətin oyun gözləyir. Yolumuza davam edirik.
Çempionat matçına hazırlaşacağıq. 4 gündən sonra oyunumuz var. Kubok oyunları fərqli olur. O prizmadan yanaşmırıq ki, üstünlük qazanmışıq.
İkinci oyunda da maksimumu etmək lazım olacaq ki, növbəti mərhələyə çıxaq. – Jatoba haqda fikriniz necədir?
– Bizim oyun üslubumuza uyğun futbolçudur. İlk turlarda da əsas heyət üzvü idi. Sadəcə zədəyə görə geri düşmüşdü.
Hazırlaşır, güvəndiyimiz futbolçudur. Getdikcə o da optimal formaya düşəcək. – Əyyub Allaşı “Şerif”dən necə gətirə bildiniz?