Icma.az bildirir, futbolpress-az portalına istinadən.
İngiltərənin “Kristal Pelas” klubunda baş məşqçi Pyer Saj ilə yollar ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbərliyi komandanın çıxışından narazıdır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Mütəxəssisin yaxın zamanda istefaya göndəriləcəyi bildirilir. Bu baş tutacağı halda, Premyer Liqada mövsümün ilk məşqçi ayrılığı reallaşacaq.
Saj bu ilin iyunundan komandaya rəhbərlik edirdi.
“Kristal Pelas” 10 turdan sonra 7 xalla 20 kollektiv arasında sonuncudur.