futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Premyer Liqasının XII turunda mövsümün azarkeş rekordu qeydə alınıb.
Futbolpress.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən “Sumqayıt” – “Qarabağ” oyununu (2:4) 9100 tamaşaçı izləyib. Bu, mövsümün rekord göstəricisidir.
Yevlaxda baş tutan “Karvan-Yevlax” – “Kəpəz” görüşündə isə tribunarda 4000 tamaşaçı olub.
Beləliklə, turun 2 görüşündə stadionda 13 min 100 azarkeş olub.