Premyer Liqada mövsümün rekordu qeydə alındı | Icma.az
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Misli Premyer Liqasının 8-ci turu yüksək məhsuldarlıqla əlamətdar olub.
Keçirilən 6 qarşılaşmada 24 qol vurulub. “Qafqazinfo” xəbər verir ki, “Şamaxı” – “Kəpəz” (1:4) və “Sumqayıt” – “Karvan-Yevlax” (4:1) oyunlar
Bu, cari mövsümün yeni məhsuldarlıq rekordudur. Bunadək ən yüksək göstərici 18 qolun (orta hesabla 3,00) vurulduğu V tura təsadüf etmişdi.
Orta məhsuldarlığın ən azı 4 olması son 4 mövsümdə ilk dəfə yaşanır. Sonuncu belə hal 2021/22 mövsümünün X turunda qeydə alınıb.
Həmin vaxt 4 oyunda 17 qol vurulub və məhsuldarlıq 4,25-ə bərabər olub.
Qeyd edək ki, 2021-ci il noyabrın 6-7-də keçirilən həmin turda “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri baş tutub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu