Fanat saytına istinadən Icma.az xəbər verir. Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı “Xəzər-Lən
Bir müddət futbolsuz qalan qolkiper qışda İkinci Liqa komandası "Şəmkir"ə üz tutdu.
Hazırda Vüqar Nadirovun baş məşqçisi olduğu qərb təmsilçisində çıxış edən Sadıqlını arayıb karyerası, hazırkı durumu ilə bağlı suallarımıza cavab almağa çalışdıq.
- Premyer Liqadan sonra bir müddət səssizliyə çəkildin və daha sonra sorağını İkinci Liqadan aldıq. "Şəmkir"ə keçidin necə alındı?
- "Sumqayıt"dan ayrıldıqdan sonra iki Premyer Liqaa klubu ilə danışdıq. Ancaq son anda alınmadı keçidim.
Birinci Liqa klublarından da maraqlanan var idi, maddi baxımdan anlaşa bilmədik. "Şəmkir"ə məni Vüqar Nadirov dəvət elədi.
Açığı, ora Vüqar müəllimə görə getdim. Yəni maddiyatı danışmadıq. Şükür ki, əlimizdən gələn köməkliyi göstərə bildik.
- Son mövsümü komandanın çıxışı baxımından necə dəyərləndirirsən? Birinci Liqaya çıxmaq üçün sona qədər şansınızı davam etdirirdiz.