Premyer Liqada Qərb derbisi YENİLƏNİR

28.11.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Misli Premyer Liqasında XIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün Qərb derbisi baş tutacaq.

“Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

Görüşü İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Tovuz təmsilçisi 24 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Ehtiyatda bir oyunu olan Gəncə klubu isə 18 xalla altıncı sırada yer alıb.

Misli Premyer Liqası

XIII tur

28 noyabr

16:30. “Turan Tovuz” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov

VAR: Rəvan Həmzəzadə

AVAR: Teymur Teymurov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Anar Şixəliyev

Tovuz şəhər stadionu.

Ervins Perkons: “İstədiyimiz nəticəni əldə edə bilmədik” I Liqa: İlk dövrəyə yekun vuruldu - YENİLƏNİB Zaur Həşimov: “Xarakter böyük rol oynadı” I Liqada 3 turun oyun cədvəli məlum olub “Şəfa”dan səfər qələbəsi - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью