Premyer Liqada son 10 mövsümün antirekordu III turda cəmi 5 qol

01.09.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Misli Premyer Liqasının III turu aşağı məhsuldarlıqla yadda qalıb.

Apasport.az xəbər verir ki, turun 6 qarşılaşmasında cəmi 5 qol vurulub. Bununla da orta məhsuldarlıq 0,83 təşkil edib.

“Qəbələ” – “Şamaxı” görüşü qolsuz başa çatıb. Digər 5 matçın hər birində isə cəmi bir qol qeydə alınıb. “Kəpəz” “Turan Tovuz”u, “Zirə” “Neftçi”ni evdə, “İmişli” “Şəfa”nı, “Qarabağ” “Sumqayıt”ı, “Sabah” isə “Araz-Naxçıvan”ı səfərdə 1:0 hesabı ilə məğlub edib.

0,83-lük orta göstərici son 10 mövsümün antirekordudur. Daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümünün II turunda qeydə alınıb. Həmin vaxt 4 oyunda cəmi 3 qol vurulub və orta göstərici 0,75 olub.

Maraqlıdır ki, 10 il əvvəl həmin turda da indiki cütlüklərdən bəziləri üz-üzə gəlib. “Sumqayıt” – “Qarabağ” matçında Ağdam klubu 2:0, “Neftçi” – “Zirə” görüşündə isə qonaqlar 1:0 hesabı ilə qalib gəlib. “Qəbələ” – “İnter” (indiki “Şamaxı”) və “Kəpəz” – AZAL qarşılaşmalarında qol vurulmayıb.

III turun digər diqqətçəkən məqamı 6 oyundan 5-nin 1:0 hesabı ilə yekunlaşmasıdır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövrdə bir turda 5 görüşün 1:0 hesabı ilə başa çatması ilk dəfə qeydə alınıb.

Qeyd edək ki, buna ən yaxın göstərici 2023/24 mövsümünün XXXVI turunda yaşanıb. Həmin turda 5 oyundan 4-ü 1:0, biri isə 2:2 hesabı ilə nəticələnib.

"Qarabağ"dan minimalhesablı qələbə - YENİLƏNİB “Neftçi” yeni transferini açıqladı - RƏSMİ Zaur İsmayılov: “Komandamızın potensialı böyükdür” Çempion Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB Hilal Maşudlu I Liqada klubunu dəyişib - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью