Premyer Liqada son 10 mövsümün azarkeş rekordu

20.04.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Premyer Liqada son 10 mövsümün azarkeş rekordu

Misli Premyer Liqasında mövsümün azarkeş rekordu qeydə alınıb

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 28-ci turun “Qarabağ” – “Sabah” matçına (0:1) təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib.

Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf etmişdi. 12-ci turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 tamaşaçı seyr edib.

28-ci turun oyunundakı nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/16 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью