Premyer Liqada tarixin ən uzun seriyası qırıldı

10.09.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Kəpəz” “Qarabağ”la çempionat oyunlardakı qələbəsizliyə son qoyub.

Futbolpress.az xəbər verir ki, Gəncə klubu Azərbaycan Premyer Liqasının XVII turunun səfər matçında 2:0 hesabı ilə qalib gəlib.

Son qələbəsini 2002-ci il aprelin 6-da, evdə 3:0 hesabı ilə qazanan “Kəpəz” 37 qarşılaşmadan ibarət seriyanı qırıb. Bu, Azərbaycan çempionatlarının yüksək dəstəsində iki komanda arasındakı duellərdə ən uzun qələbəsizlik seriyasıdır. Bu görüşlərdən 30-da “Qarabağ” qalib gəlib, 7-si heç-heçə nəticələnib. Təxminən 24 ildən sonra rəqibinə qalib gələn “Kəpəz” 8694 gündən sonra bunu bacarıb.

Qərb təmsilçisi “Qarabağ” üzərində son səfər qələbəsini isə 9786 gün əvvəl – 1999-cu il aprelin 10-da əldə etmişdi – 2:0. Sonrakı 24 səfərdə 4 heç-heçə edən qərblilər 20 dəfə məğlub olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью