Premyer Liqada turun oyunçusu kim oldu?

04.11.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında doqquzuncu turun ən yaxşı futbolçusu azarkeşlərin səsverməsi nəticəsində bəlli olub.

Futbolpress.az xəbər verir ki, səs çoxluğu ilə bu ada “Çelsi”nin yarımmüdafiəçisi Romeo Laviya layiq görülüb. “Mançester Yunayted”lə görüşdəki (2:0) möhtəşəm performansı ilə seçilən belçikalı oyunçu 23 müdafiə hərəkəti, 14 dəfə topun qaytarılması və məhsuldar ötürməsi ilə komandasının qələbəsində mühüm rol oynayıb.

Qeyd edək ki, Laviya cari mövsüm bu ada sahib olan dördüncü “Çelsi” futbolçusudur. Daha əvvəl Palmer, Henderson və Neto fərqləniblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью