Premyer Liqada XIV tura bu gün START VERİLƏCƏK

22.11.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasında XIV tura bu gün start veriləcək. 
Bizim.Media xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. 
"Kəpəz" Tovuz şəhər stadionunda "Araz-Naxçıvan"ı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq. Hazırda Gəncə təmsilçisi turnir cədvəlində 7 xalla 10-cu pillədə qərarlaşıb. 30 xala malik Naxçıvan klubu isə ikincidir. 
Misli Premyer Liqası 
II dövrə, XIV tur 
22 noyabr 
17:00. “Kəpəz” – “Araz-Naxçıvan” 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov. 
VAR: Fərid Hacıyev. 
AVAR: Rəhman İmami. 
Hakim-inspektor: Ömər Paşayev. 
AFFA nümayəndəsi: Emin Cəfərov. 
Tovuz şəhər stadionu 
Qeyd edək ki, turun digər oyunları noyabrın 23-24-də keçiriləcək. 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью