Premyer Liqada XIV turun daha iki oyunu keçiriləcək

23.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Misli Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçında "Səbail" turnir cədvəlinin lideri "Qarabağ"ı qəbul edəcək.

“ASCO Arena”da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.

Digər qarşılaşmada isə "Neftçi" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Neftçi Arena"da reallaşacaq matç saat 19:00-da başlayacaq.

Misli Premyer Liqası

II dövrə, XIV tur

23 noyabr

17:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Cəmil Quliyev, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“ASCO Arena”

19:00. “Neftçi” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Rəvan Həmzəzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi Arena”

Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью