Premyer Liqada XXXII tura Tovuzda start veriləcək

25.04.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Futbol üzrə Misli Premyer Liqasında XXXII tura bu gün start veriləcək.

BAKU.WS xəbər verir ki, günün yeganə matçı Tovuzda baş tutacaq.

"Turan Tovuz" doğma azarkeşləri önündə "Şamaxı" ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq. Meydan sahibləri 48 xalla dördüncü, qonaqlar 34 xalla dördüncü pillədə qərarlaşıb.

Misli Premyer Liqası

IV dövrə, XXXII tur

25 aprel

19:00. "Turan Tovuz" – "Şamaxı"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Tovuz şəhər stadionu

Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью