Premyer Liqada yeni rekord

17.02.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, bu, “Neftçi” və “Qarabağ” arasında XXIII turda keçirilən Azərbaycan derbisinə təsadüf edib. “Neftçi Arena”dakı görüşü 9355 seyrçi izləyib.

Bu, çempionatın arxada qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici də eyni rəqiblərin eyni arenadakı qarşılaşmasında qeydə alınmışdı. 2024-cü il dekabrın 1-də keçirilən görüşü 7069 tamaşaçı seyr edib. Həmin matçda 3:0 hesablı qələbə qazanan “Qarabağ” bu dəfə bir qolla qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью