Premyer Liqada yeni tamaşaçı rekordu

22.11.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında yeni tamaşaçı rekordu qeydə alınıb.

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, 2026/27 mövsümünün yeni rekordu 12-ci turun "Kəpəz" - "Qarabağ" görüşünə (0:0) təsadüf edib. Gəncə şəhər stadionundakı qarşılaşmanı 15500 izləyici seyr edib. Bu, cari mövsümdə ən yüksək göstəricidir.

Qeyd edək ki, bunadək rekord "Kəpəz"in digər ev oyununda qeydə alınmışdı. 4-cü turun sentyabrın 4-də keçirilən "Şamaxı" ilə qarşılaşmasını (1:4) Gəncə şəhər stadionunda 15000 tamaşaçı seyr edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью