Icma.az, Qol.az saytına istinadən bildirir.
“Arsenal”ın yeni transferi Bruno Gimaraesin Premyer Liqanın ilk turunda “Koventri Siti”yə qarşı oynayıb-oynamayacağı sual altına düşüb.
QOL.az xəbər verir ki, "Reuters" nəşrinin məlumatına görə, bu barədə London klubunun baş məşqçisi Mikel Arteta məlumat verib.
Braziliyalı yarımmüdafiəçi “Mançester Siti” ilə keçirilən İngiltərə Superkuboku matçında oyundan çıxdıqdan sonra ayağına buz qoyub. Arteta futbolçunun durumunun yaxşılaşdığını, lakin onun oyuna hazır olub-olmayacağının hələ dəqiq olmadığını bildirib.
Qeyd edək ki, 28 yaşlı Gimaraes bu ay “Nyukasl”dan “Arsenal”a transfer olunub. Britaniya mətbuatının məlumatına görə, keçid üçün 75 milyon funt sterlinq ödənilib.
“Arsenal” Premyer Liqanın ilk turunda avqustun 21-də “Koventri Siti”ni qəbul edəcək.