Premyer Liqamız sürətlə “batır” Qlobal reytinq açıqlandı

10.02.2025

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol liqalarının qlobal reytinqi açıqlanıb.
Siyahıda dünyanın ən güclü 100 çempionatı yer alıb.
Premyer Liqa cədvəldə 51-cidir. Çempionatımızın əmsalı 20,564-ə bərabərdir. Premyer Liqa 2024-cü ilin iyulundakı cədvəllə müqayisədə 8 pillə geriləyib.
Siyahıya İngiltərə Premyer Liqası başçılıq edir – 1342,659 xal.
İspaniya La Liqası 907,614, İtaliya A seriyası 900,564, Almaniya Bundesliqası 776,588, Fransa Liqa1-i 596,086 xalla “beşlik”dədir. Türkiyə Super Liqası isə 178,403 xalla 10-cudur.
Cədvəldə təkcə yüksək deyil, aşağı liqalar da nəzərə alınıb. İngiltərə Çempionşipi 174,889 xalla ümumi siyahıda 11-cidir. (Sportinfo.az)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью