Premyer Liqamızda üç cəzalı

20.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının XXIV turunda üç futbolçu cəza səbəbindən meydana çıxa bilməyəcək. Sport24.az xəbər verir ki, bunlar "Qarabağ"dan Kevin Medina, "Araz-Naxçıvan"dan İqor Ribeyro, "Sabah"dan isə İqor Noqeyradır. 


Medina ilə Riberyo ötən turda qırmızı vərəqə aldıqları üçün cəzalı duruma düşüblər. Onlar müvafiq olaraq "Neftçi" (1:0) və "Turan Tovuz"la (0:1) matçlarda meydandan qovulublar. 


Noqeyra isə "Səbail"lə görüşdə (0:0) sarı vərəqə alaraq cəzalı duruma düşüb. 


Qeyd edək ki, "Qarabağ" növbəti turda "Sabah"la, "Araz-Naxçıvan" isə "Səbail"lə üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью