Premyer Liqanı A Seriyasına dəyişə bilər

10.05.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya A Seriyası təmsilçilərindən "Napoli" yayda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda "Mançester Siti"də çıxış edən Cek Qrilişlə yaxından maraqlanır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte yarımmüdafiəçinin oyun tərzini bəyənir.

Xatırladaq ki, 29 yaşlı futbolçu "Siti"yə 2021-ci ildə "Aston Villa"dan 117,5 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol, 5 assistlə yadda qalıb.

“Əl Nəsr” Ronaldo ilə yollarını ayıra bilər "Trabzonspor" – "Qalatasaray" matçı bu kanalda De Bruyne "Liverpul"a keçəcək? "Arsenal" heyətini ispaniyalı yarımmüdafiəçi ilə gücləndirəcək "Fənərbaxça"lı futbolçular arasında gərginlik - VİDEO
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью