Premyer Liqanı La Liqaya dəyişə bilər

26.03.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqası təmsilçilərindən "Tottenhem"in üzvü Kristian Romero karyerasını La Liqada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, müdafiəçi ilə "Atletiko Madrid" yaxından maraqlanır.

Bu barədə "SkySports" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə Madrid təmsilçisi 26 yaşlı argentinalını mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

Xatırladaq ki, "Tottenhem" Romeronu 2022-ci ildə "Atalanta"dan 52 milyon avroya heyətinə qatmışdı.

Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm "Tottenhem"in heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qolla yadda qalıb.

Mertensin "Qalatasaray" planı "Mançester Yunayted" Altayla bağlı qərar verib Şkrinyar "Fənərbaxça"da qalacaq Məşhur futbolçu vərəmə tutuldu "Qalatasaray"lı futbolçu millinin heyətindən çıxarıldı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью