Premyer Liqanı tərk edəcək daha bir klub məlum oldu

21.04.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Lester” İngiltərə Premyer Liqasının 33-cü turunda “Liverpul”a uduzub – 0:1.

Futbolpress.az xəbər verir ki, 18 xalla turnir cədvəlində 20 komanda arasında 19-cu olan “tülkülər”in sona 5 tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib. “Lester” 17-ci pillədəki “Vest Hem”dən 18 xal geridədir.

“Lester” ötən mövsümün sonunda elitaya vəsiqə qazanmışdı. Komanda növbəti ildə Çempionşipdə mübarizə aparacaq.

Daha əvvəl “Sauthempton”un elitanı tərk edəcəyi dəqiqləşib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью