Premyer liqanın 3 cü uğursuzu da müəyyənləşdi

28.04.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

İngiltərə premyer-liqasının cari mövsümünün 3-cü uğursuzu müəyyənləşib.
Artıq “İpsviç”in növbəti mövsümdən bu liqada çıxış etməyəcəyi dəqiqləşib. Komanda 34-cü turda “Nyukasl”a 0:3 hesabı ilə məğlub olub. İpsviç təmsilçisi mövsümün sonuna 4 tur qalmış çempionatdakı yerini qorumaq şansını itirib. “İpsviç” çempionşipdən premyer-liqaya ötən mövsüm yüksəlmişdi.
Qeyd edək ki, bundan əvvəl “Sauthempton” və “Lester” premyer-liqadakı yerini qoruya bilməmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью