Premyer Liqanın bəzi oyunlarında AVAR 2 hakimi də iştirak edəcək

27.11.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə Misli Premyer Liqasının XIII turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu addım AFFA Hakimlər Komitəsinin Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək.

Qeyd edək ki, AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, onun oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.

Cari turda AVAR-2 təyinatları:

"Neftçi" - "Zirə"

AVAR-2: Fəridə Lütfəliyeva

"Sabah" - "Araz-Naxçıvan"

AVAR-2: İslam Məmmədov

"Qarabağ" - "Sumqayıt"

AVAR-2: Niyaz Əhmədov

I Liqa: IX tura start verilib Premyer Liqa klubu üçün seminar “Neftçi” “Zirə” ilə matçın hazırlığını başa vurdu "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib “Neftçi” - “Zirə” matçının hakimləri bəlli olub
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью