Premyer Liqanın bombardiri: Ölkənin iki ən yaxşı komandasının oyunu olacaq | Icma.az
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Araz-Naxçıvan”ın legioneri, hazırda Misli Premyer Liqasının bombardiri olan Felipe Santos apasport.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan" son turda "Kəpəz"i məğlub etdi. Bu matçda "Araz-Naxçıvan"ın qələbəsini necə şərh edərdin?
- Komandamız üçün çox yaxşı oyun alındı. Hər matçda daha da inkişaf edirik.
Biz “Kəpəz”lə görüşdə sürətli qol vurmağı və oyunu idarə etməyi bacardıq. Doğrudur, meydança o qədər də yaxşı durumda deyildi.
Lakin istənilən şəraitdə qalib gəlməyi bacardıq. Bu da bizi çox sevindirir. Artıq həmin görüş geridə qalıb və növbəti oyun haqda düşünürük.
- Premyer Liqada heç bir klub "Araz-Naxçıvan"ı dayandıra bilmir. Səncə, "Araz-Naxçıvan" bu qədər güclüdür?
- Bilirsiz, biz komanda olaraq çox gözəl mərhələdəyik. Əvvələ qayıdaraq sizə bir şey deyim.
Tam oxu
Xəbəri oxu