Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Oktyabrın axırlarıdır və Premyer Liqa artıq məşqçilik böhranı başlayıb.
“Vest Hem” bir dəfə məşqçi dəyişib (Nuno Eşpirito Santo Qrem Potteri əvəzləyib) və “Nottinqem Forest” iki dəfə məşqçi dəyişib (Nuno E.pirito Santo, Ange Postekoglu və Şon Dayç).
Lent.az xarici KİV-ə istinadla bildirir ki, İngiltərənin top klublarında iki baş məşqçinin taleyi şübhə altındadır: “Mançester Yunayted”dən Ruben Amorim və “Liverpul”dan Arne Slot.
Sonuncu #SlotOut heşteqini trendə çevirən pərəstişkarlarının rəğbətini itirib.
“Qırmızılar” rəhbərliyi çətin ki, ötən mövsüm klubu çempionluğa aparan adamı qovmaq barədə ciddi düşünsün.
Premyer Liqanın “böyük altılığı”nın işdən çıxarılma müavinəti ilə bağlı vəziyyətinə nəzər salmağın vaxtı çatıb. “Çelsi” liderlik edir.
London klubu baş məqşçinin işdən çıxarılmasına inanılmaz məbləğ - 156,6 milyon funt-sterlinq xərcləyib.