Premyer Liqanın ilk turu legioner baş məşqçinin debütü ilə əlamətdar oldu

21.08.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının I turu legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Filipe Kandido "Sumqayıt"ı "Neftçi" ilə ev matçına çıxarıb.

Portuqaliyalı mütəxəssisin komandası 1:3 hesabı ilə məğlub olub. O, ölkə çempionatları tarixində yüksək dəstədə baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən 71-ci əcnəbi mütəxəssis olub.

Filipe Kandido Premyer Liqada 2-ci portuqaliyalıdır. Onadək Jorje Kaşkilya ötən mövsüm "İmişli"yə rəhbərlik edib. O, "Sumqayıt"ın 4-cü legioner baş məşqçisidir. Cari mövsümədək Bernard Raab, Aleksey Baqa və Saşa İliç də "gənclik şəhəri" təmsilçisinə rəhbərlik edib.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью