Premyer Liqanın məğlubiyyətsiz qonaqları

12.11.2024

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasında 13 tur geridə qalıb. Turnir cədvəlinin zirvəsində 31 xalla “Qarabağ” qarşılaşıb. Ehtiyatda bir oyunu olan “atlılar” ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı bir xal qabaqlayır.

Turnir cədvəlinin ikinci sırasında qərarlaşan Naxçıvan təmsilçisi bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkir. Elmar Baxşıyevin yetirmələri xüsusilə səfər matçlarında yaxşı nəticələr qazanıb. Komanda bu mövsüm 6 səfər matçında 5 qələbə qazanıb, 1 heç-heçə edib. Səfərdə uduzmayan “Araz-Naxçıvan” bu görüşlərdə 16 xal qazanıb. Baxşıyevin yetirmələri ümumilikdə bu mövsüm cəmi bir dəfə – “Qarabağ”a uduzub.

Səfər görüşlərində ikinci ən yaxşı komanda “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri qonaq olduğu 5 matçında 4-də qələbəyə sevinib, 1 görüşdə isə heç-heçə qeydə alınıb.

“Üçlüy”ü “Turan Tovuz” tamamlayır. Tovuz təmsilçisi 7 səfər görüşündə 3 qələbə qazanıb, 4 heç-heçə edib. Səfərdə məğlubiyyət yaşamayan komandalar məhz “üçlük”də qərarlaşanlardır.

Çempionatda qonaq olduğu oyunlarda xal qazanmayan yeganə komanda isə “Səbail”dir. Bir neçə gün əvvəl baş məşqçi Şahin Diniyevlə yollarını ayıran “dənizçilər” Premyer Liqada 13 turun 7-ni səfərdə keçirib və hər birini uduzub.

Kamil Əhməd

Əsas xəbərlər, Ölkə futbolu Qurban Qurbanovun qol vurduğu oyundan VİDEO

12 Noyabr 2024, 8:52

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Santuşdan anlaşılmaz dəyişiklik

11 Noyabr 2024, 11:19

Əsas xəbərlər, Manşet, Premyer liqa Tura baxış: “Araz-Naxçıvan” fürsəti boşa vermədi

11 Noyabr 2024, 8:02

Böyük beşlik, Əsas xəbərlər MY-dən qələbə, London derbisində “sülh”

10 Noyabr 2024, 23:06

Əsas xəbərlər, Ölkə futbolu Millidə dəyişiklik: “Zirə”lini “Qarabağ”lı əvəz etdi

10 Noyabr 2024, 21:41

Əsas xəbərlər, Premyer liqa “Araz-Naxçıvan” və “Qarabağ” turu qələbə ilə başa vurdu

10 Noyabr 2024, 20:48

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью