Premyer Liqanın rekordçusu “Marsel”də

07.09.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Marsel” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Fransa klubu “Arsenal”dan Etan Nvanyerini icarəyə götürüb. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “Marsel”in formasını geyinəcək.

Nvanyeri 2022-ci ilin sentyabrında “Arsenal”da debüt edib. O, Premyer Liqa tarixində oyuna çıxan ən gənc futbolçu ünvanına sahibdir – 15 yaş 181 gün.

Etan bu mövsüm “Arsenal”da 12 oyunda 1 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью