Premyer Liqanın tarixinə düşmüş futbolçu Fransa klubuna keçdi

24.01.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

"Arsenal"ın hücumameylli yarımmüdafiəçisi Etan Nvaneri mövsümün qalan hissəsini "Olimpik Marsel" üçün oynayacaq.

Fanat.Az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.


Onunla bağlanan icarə müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədər davam edəcək. "Transfermarkt" "topçular"ın yetirməsi üçün 1.5 milyon avro alacağını bildirib.

İcarə müqaviləsi bitdikdən sonra Nvaneri "Arsenal"a qayıtmalıdır, çünki razılaşmada satınalma maddəsi yoxdur.

Etan Nvaneri 9 yaşında London klubunun akademiyasına qoşulub. O, 2022-ci ildə əsas komandada debüt edib. "Brentford"la oyun zamanı Etan 15 yaş 181 günlük idi. Yarımmüdafiəçi İngiltərə Premyer Liqası və "Arsenal" tarixinə ən gənc debütant kimi düşüb.

18 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda "topçular"ın heyətində 12 oyun keçirib və 1 qol vurub. Onun transfer dəyəri 40 milyon avrodur.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью