Premyer Liqanın VI turunda tribunada nə qədər azarkeş olub?

29.09.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında VI turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.  Sport24.az-ın məlumatına görə, altı matçda ümumilikdə 4871 fanat qeydə alınıb.

"İmişli" - "Zirə" (1:1) qarşılaşmasında 200, "Qarabağ" - "Qəbələ" görüşündə (2:0) 860, "Şamaxı" - "Araz-Naxçıvan" (1:1) duelində 1200, "Neftçi" - "Karvan-Yevlax" oyununda 1200, "Turan Tovuz" - "Kəpəz" matçında (3:0) 700, "Sabah" - "Sumqayıt" (1:1) qarşılaşmasında 711 tamaşaçı olub.

Qeyd edək ki, VII tura oktyabrın 3-də start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью