Premyer Liqanın XV turuna iki görüşlə start veriləcək

29.11.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Bu gün Azərbaycan Premyer Liqasında XV tura iki görüşlə start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə "Araz-Naxçıvan" "Turan Tovuz"u saat 16:00-da, "Sabah" isə "Səbail"i saat 19:00-da qəbul edəcək.

Xatırladaq ki, turun digər görüşlərində "Şamaxı" "Kəpəz"lə, "Zirə" "Sumqayıt"la noyabr ayının 30-da, "Neftçi" isə "Qarabağ"la dekabr ayının 1-də qarşılaşacaq.

Qeyd edək ki, tura dekabr ayının 1-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью