Premyer Liqanın XVIII turunda Zirə Səbaili məğlub edib

21.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XVIII turunda "Zirə" komandası səfərdə "Səbail"i məğlub edib.

"Report" xəbər verir ki, "ASCO Arena"da baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Zirə"nin heyətində 77-ci dəqiqədə Giorgi Papunaşvili fərqlənib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnir cədvəlində 30 xalla dördüncüdür. Sonuncu - onuncu olan “Səbail”in isə 9 xalı var.

Qeyd edək ki, turun dünən keçirilən “Kəpəz” - “Sumqayıt” görüşündə qol vurulmayıb. XVIII tura sabah baş tutacaq “Şamaxı” - “Sabah” və “Qarabağ” - “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью