Premyer Liqanın XXVIII turu başa çatdı

30.03.2025

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXVIII turunun son matçında “Zirə” evdə “Şamaxı”nı məğlub edib.

Metbuat.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Zirə” 55 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 8-ci yerdə olan bölgə təmsilçisinin isə 28 xalı var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1), "Sumqayıt" - "Sabah" (3:3) və “Kəpəz” - “Səbail” (1:1) oyunlarında qalib müəyyənləşməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью