Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

08.06.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 iyun, AZƏRTAC

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” yay transfer pəncərəsində ilk keçidini reallaşdırıb.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Rauf Hüseynli son olaraq “Kəpəz”in formasını geyinib. O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Qarabağ”ın yetirməsi olan futbolçu karyerası ərzində “Zirə”, “Şamaxı” və “Qəbələ” klublarında da çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью