Premyer Liqaya iddialı bölgə klubu seçimini etdi Bakıya köçürlər

21.04.2025

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Premyer Liqa hədəfi ilə mübarizə aparan “İmişli” komandası ev oyunları Bakıda oynaya bilər.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi elitaya yüksələcəyi təqdirdə, paytaxtda məskunlaşacaq. Buna səbəb İmişlidəki Heydər Əliyev adına stadionunun əsaslı təmirə bağlanmasıdır.

Arenada işlər I Liqada mövsüm başa çatdıqdan sonra start götürəcək. Rəhbərlik Bayılda yerləşən “ASCO Arena”da çıxış etmək niyyətindədir. Artıq bölgə klubunun rəhbərliyi AFFA ilə təmasa keçib.

“İmişli” böyük ehtimalla növbəti mövsüm Premyer Liqada mübarizə aparacağı təqdirdə, ev oyunlarını Bakıda keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью