Premyer Liqaya yüksələn Karvan yenidənqurma işlərinə BAŞLADI

09.06.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq Yevlax təmsilçisi "Karvan" infrastrukturunun yaxşılaşdırılması üçün işlər görməyə başlayıb.

Oxu.Az xəbər verir ki, Yevlax şəhər stadionunda soyunub-geyinmə və digər otaqlar yenilənir, meydançanın ətrafına hasar çəkilir.

VIP loja da yenilənir. Bütün işlərin yeni mövsümün startına kimi yekunlaşacağı nəzərdə tutulub.

Qeyd edək ki, ot örtüyünün dəyişdirilməsinə isə yaxın günlərdə start veriləcəyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью