Premyer Liqaya yüksələn klub “Sabah”ın futbolçusuna “elçi düşdü”

15.05.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Premyer Liqaya yüksələn “İmişli” heyətini gücləndirmək niyyətindədir.

Futbolpress.az“ın məlumatına görə, bölgə təmsilçisi “Sabah”dan Abdulla Rzayevlə maraqlanır.

Abdulla bu mövsüm “bayquşlar”la Premyer Liqada 4 oyuna çıxıb. O, özü də klubdan ayrılmağa müsbət yanaşır. Azərbaycanın U-21 yığmasının da üzvü olan cinah oyunçusu daha çox şans qazanacağı kluba keçmək niyyətindədir.

Rzayev “Sabah”ın yetirməsidir.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью