Premyera olmamış filmi yayıldı

21.08.2026

Icma.az, Olay.az portalına istinadən məlumat yayır.

Aktyor Ceyson Stethemin “Mütəərriz” (“Mutiny”) filmi ABŞ premyerasından iki gün əvvəl səhvən “Prime Video”da açıq şəkildə yayımlanıb.

OLAY yazır ki, filmin tam versiyası yayım platformasının treylerlər səhifəsində qısa müddətə görünüb. Bir neçə saat əlçatan olan film daha sonra operativ şəkildə silinib. Lakin bu müddət ərzində filmi köçürərək yüksək keyfiyyətdə pirat platformalarda paylaşmağa nail olublar.

Hadisə baş verən zaman film artıq Fransada və Yaxın Şərqdə kinoteatrlarda nümayişə çıxmış və kifayət qədər yaxşı kassa nəticələri göstərmişdi. Filmin ABŞ premyerası bu gün, 21 avqustda, baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью