Prezident 10 il əvvəlki fərmanını Qrant haqqında yeni qanuna uyğunlaşdırıb

04.08.2025

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli "Dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq hüquqi və fiziki şəxslərə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, 10 il əvvəl imzalanmış fərman artıq "Dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi" haqqındadır. Bu dəyişiklik "Qrant haqqında" qanunun dəyişməsi ilə bağlıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью