Prezident 5 İran vətəndaşını əfv etdi ADLAR

26.05.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

Globalinfo.az xəbər verir ki, sərəncamla 5 İran vətəndaşı əfv siyahısına düşüb.

Onları təqdim edirik:

– Abdolvand Ali Papi, 1971-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2023-cü il 28 fevral tarixli hökmü ilə məhkum edilmişdir;

– Behrouzi Bostanabad Mohammadreza Aboulfazl, 1975-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2022-ci il 22 dekabr tarixli hökmü ilə məhkum edilmişdir;

– Gholizadeh Behnam Rahim, 1989-cu ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 15 may tarixli hökmü ilə məhkum edilmişdir;

– Hamdanı Behzad Azım, 1985-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara Rayon Məhkəməsinin 2023-cü il 14 noyabr tarixli hökmü ilə məhkum edilmişdir;

– Rəcəbi Cavad Rəcəb oğlu, 1992-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Yardımlı Rayon Məhkəməsinin 2023-cü il 21 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir;

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью