Prezident Administrasiyasındakı vakant vəzifələrin sayı ARTDI

17.02.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət başçısının bu gün imzaladığı sərəncamdan sonra Prezident Administrasiyasının strukturundakı vakant vəzifələrin sayı üçə yüksəlib.
Modern.az-ın məlumatına görə, hazırda Prezident Administrasiyasında aşağıdakı yüksək vəzifələr boşdur:
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi;
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri;
Sənəd dövriyyəsi şöbəsinin müdiri.

Xatırladaq ki, ölkə başçısı fevralın 17-də Azər Məhəmməd oğlu Qasımovu Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью