Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
“Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyev və ailə üzvləri adət-ənənələrə uyğun olaraq tonqal ətrafında toplaşıblar.
Fotoları Birinci vitse-prezident Mehriban Əliyeva instaqram hesabından paylaşıb:
“Uca Allah mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Od çərşənbəniz mübarək!”