Prezident Albaniyaya getdi

15.05.2025

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Albaniya Baş nazirinin müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşıladılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью