Prezident azad edilmiş ərazilərdə yataqların işə salınması barədə danışdı VİDEO

23.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin sosial media hesablarında "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədəki çıxışından bir hissənin videosu paylaşılıb.
Bizim.Media xəbər verir ki, Prezident bu videoda işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləri barədə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:
Prezident bugünkü müşavirədə hansı mesajları verdi? – Əsas məqamlar - FOTO


"Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq", - dövlət başçısı bildirib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью