Prezident: Azərbaycan İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir

30.04.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa ünvanaldığı təbrik məktubunda qeyd edib.

"İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir", - məktubda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью