Prezident: Azərbaycan və İran səmərəli əməkdaşlıq edirlər

11.02.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda Azərbaycan və İran iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana ünvanlandığı təbrik məktubunda deyib.

Dövlət başçısı qeyd edib ki, iki ölkə arasındakı qarşılıqlı fəaliyyətin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.

“İnanıram ki, iki ölkənin rifahı, bölgənin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edəcək və möhkəmlənəcəkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью