Prezident bacısını itirən Şeyxə başsağlığı verdi

16.11.2024

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyibə başsağlığı verib. 

Gununsesi.info xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью