Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polşa prezidenti Anjey Duda evdə xoşagəlməz hadisə zamanı sağ əlinin barmağının bir hissəsini itirib.
Lent.az bildirir ki, bu barədə Polşanın Onet portalı məlumat yayıb.
"Kiçik tibbi prosedur tələb olunub", - prezident kanslerinin katibi Voytsex Kolarski deyib.
Onun sözlərinə görə, xəsarət Dudanın evində işdən sonrakı boş vaxtlarında baş verib.