Prezident bir qrup şəxsi təltif etdi SƏRƏNCAM

05.12.2024

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə:

Aşağıdakı şəxslər təltif edilirlər:

“Şöhrət” ordeni ilə

Əliyev Fikrət Əhmədəli oğlu

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Seyidzadə Dilarə Bağır qızı

Şadlinski Vaqif Bilas oğlu.

Həsən Zal oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью